ElchinYa | Haqqımda

     E-mail   Saytın xəritəsi   Haqqımda             

        Mail@

ElchinYa - Haqqımda

Hər vaxtınız xeyir!

Qısa arayış

Cəfərov Elçin Əli oğlu 1981-ci ildə Bakı şəhərində anadan olub.
1998-ci ildə 278 saylı orta məktəbi əla qiymətlərlə başa vurub.
2002-ci ildə Azərbaycan Beynəlxalq Universitetin Jurnalistika fakultəsini fərqlənmə diplomu ilə bitirib.
2002-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib.
2001-ci ildən əmək fəaliyyətinə başlayıb, mətbuatda, istehsalatda çalışıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət qulluğuna qəbul ilə əlaqədar 25 oktyabr 2013-cü il tarixdə elan edilmiş 15-ci müsabiqədən (Kadrlar şöbəsi, aparıcı məsləhətçi vəzifəsi üzrə) müvəffəqiyyətlə keçərək, 2014-cü ilin avqust ayından etibarən ehtiyat kadrlar siyahısına daxil edilib.
Hazırda dövlət qulluqçusu kimi insan resursları sahəsində fəaliyyət göstərir.
Alternativ energetika, radioelektronikainformasiya texnologiyaları ilə maraqlanır.

Müəllifdən
Bu veb saytda hazırladığım tədris vəsaitləri, ən müxtəlif sahələrlə bağlı maraqlı bilgilər, informasiya texnologiyaları barədə məlumatlar, ən vacib proqramların ünvanları, tədris və təhsillə bağlı veb linklər və s. Sizlərə təqdim olunur.
Sayt 2008-ci ildən aktivdir və statistik veb sayt olmasına baxmayaraq, demək olar ki, hər gün yenilənir.
Saytı yaratmaqda məqsədim Azərbaycanın tarixi, coğrafiyasını və mədəniyyətini təbliğ etmək, Azərbaycanda informasiya texnologiyalarının inkişafına öz töhfəmi vermək və kompyüter istifadəçilərimizin təkmilləşməsinə, onların IT sahəsində qarşılaşdığı problemlərin həllinə dəstək olmaqdır.

İnformasiya texnologiyaları sahəsində fəaliyyətim:

  • ElchinYa saytının yaradılması və mütəmadi yenilənməsi;
  • ElCleaner proqramının yaradılması və dəstəklənməsi;
  • AIMP proqramının Azərbaycan dilinə tərcüməsi;
  • Error Lookup proqramının Azərbaycan dilinə tərcüməsi;
  • Win7z proqramının Azərbaycan dilinə tərcüməsi;

    Alternativ energetika sahəsində fəaliyyətim:

  • Hazırladığım günəş paneli (batareyası);
  • Hazırladığım reduktorlu külək turbini (generatoru);
  • Hazırladığım led lampa;
  • Youtube-da alternativ energetika;

    Tərtib etdiyim tədris vəsaitləri:

  • Azərbaycan Respublikası haqqında biliklər
  • Azərbaycanın xronoloji tarixi
  • İnformasiya texnologiyalarının xronoloji tarixi
  • Terminlərin izahlı lüğəti
  • Məzuniyyət hüququ üzrə müddətlər
  • Sözlərin, söz birləşmələrinin və mürəkkəb adların orfoqrafiyası və orfoepiyası
  • Maraqlı faktlar
  • Şeirlər
  • Aforizmlər və müdrik kəlamlar
  • Şəxs adlarının mənası və mənşəyi

    Kütləvi informasiya vasitələrində yazılarım

    Sual, irad və təkliflərinizi elektron ünvanına (elchinya@yandex.ru) göndərə bilərsiniz.     



  • Copyright © 2008-2018 ElchinYa ALL RIGHTS RESERVED